Xəbər lenti

Azərbaycanlı hakim Çempionlar Liqasının oyununu idarə edəcək
İdman10:40 20.11.2024

Azərbaycanlı hakim Çempionlar Liqasının oyununu idarə edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov bu gün kişilər arasında Çempionlar Liqasının oyununu idarə edəcək.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətindən məlumat verilib.
O, Türkiyədə yerli "Fənərbağça" və İtaliyanın "Montsa" komandaları arasında keçiriləcək matçda ikinci hakim funksiyasını yerinə yetirəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
AVF-nin Kommunikasiya şöbəsinin koordinatoru Nərgiz İsmayılova da bu gün kişilər arasında Çempionlar Liqasının oyununda iş başında olacaq. O, "Levski" (Bolqarıstan) - "Lüneburq" (Almaniya) duelində hakimlərin işinə qiymət verəcək. Həmin qarşılaşma saat 22:00-da başlayacaq.