Xəbər lenti

Azərbaycanlı milyarder Özbəkistanda  zavod açdı
Ekonomiks 19:56 19.04.2018

Azərbaycanlı milyarder Özbəkistanda zavod açdı

Lukoil şirkəti Özbəkistanən Buxara şəhərində ildə 8 milyard kubmetr qaz emal edəcək "Kandım" qaz emalı zavodunun açılışını edib. 

Qaynarinfo xəbər verir ki, şirkət bu layihənin gerçəkləşməsi üçün 3.4 milyard dollar yatırım edib. "Kandım"ın açılışında Özbəkistan prezidenti Şövkət Mirziyayev, Rusiyanın Enerji Naziri Aleksandr Novak , Lukoil şirkətinin prezidenti Vahid Ələkbərov və bir çox tanınmış iş adamları iştirak edib.

Özbəkistan prezidenti çıxışında bu layihənin ölkəsinin iqtisadi inkişafına müsbət təsir edəcəyini söyləyib. Həmçinin "Kandım"-ın  Özbəkistan və Rusiya arasında enerji sahəsindəki əlaqələrinin bir nümunəsi olduğunu vurğulayıb.

Qeyd edək ki, "Kandım" qaz emalı zavodu ildə 8 milyard kubmetr qaz ixrac edəcək. Şirkətdə 2 mindən çox insan işləyəcək. "Lukoil" şirkəti Özbəkistan höküməti ilə 2046-cı ilə qədər müqavilə bağlayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->