Xəbər lenti

Azərbaycanlı keçmiş polisin törətdiyi qətldə yeni məqamlar ortaya çıxıb
Ölkə 23:23 09.11.2018

Azərbaycanlı keçmiş polisin törətdiyi qətldə yeni məqamlar ortaya çıxıb

Artıq müəyyən edilib ki, dispetçer liftdə mübahisə səslərini eşitsə də, polis çağırmayıb

Moskvada binaların birinin liftində azərbaycanlı keçmiş polis tərəfindən öldürülən qadın və lift dispetçeri arasıdna olan audio danışıq üzə çıxıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, audioda qadının mübahisə səsləri gəlir. Sonra dispetçer soruşur: "Kim var orada? Liftdəki qız, polis çağırım, hə?” 

Dispetçer ikinci dəfə də sual verir, amma kabinadan cavab verilmir.

Artıq müəyyən edilib ki, dispetçer liftdə mübahisə səslərini eşitsə də, polis çağırmayıb.  

Polis qətldə şübhəli hesab edilən şəxsi yaxalayıb. O Azərbaycanda hüquq-mühafizə orqanlarının əməkdaşı olmuş Rövşən Şabanov olub. Şabanov Moskvada bir neçə oğurluq hadisəsində də ittiham edilir. 

Qətl hadisəsi noyabrın 6-da  baş verib. Qatil 52 yaşlı qadına dəfələrlə bıçaq zərbəsi endirib. Zərərçəkən hadisə yerində keçinib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->