Əslən Gürcüstanın Borçalı rayonundan olan 1989-cu il təvəllüdlü Asif İbrahimov Latviya Seyminə növbəti seçkilərdə iştirak edəcək.
Oxu.Az xəbər verir ki, 1996-cı ildən Latviyada yaşayan və sahibkarlıqla məşğul olan A.İbrahimovun namizədliyi ölkədə populyar olan Sosial-demokratik partiya tərəfindən irəli sürülüb.
Son parlament seçkilərində məhz bu partiya qalib gəlib.
Latviya parlament respublikasıdır. Seymə növbəti seçkilər oktyabrın 6-da keçiriləcək.
Şərhlər