İdman 15:10 19.12.2021

Azərbaycanlı məşqçi koronavirusdan vəfat etdi

Azərbaycanın kikboksinq üzrə məşqçisi Ceyhun Abbasov koronavirusdan dünyasını dəyişib.

Bu barədə "Report"a Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti Güloğlan Cabbarov məlumat verib.

Onun sözlərinə görə, Abbasov 46 yaşında müalicə aldığı "Yeni Klinika"da vəfat edib. O, 2 həftədən çox süni tənəffüs aparatında olub.