Dünya 13:22 01.02.2018

Azərbaycanlı milyarder arvadına 643 milyon dollar ödəyəcək

Böyük Britaniya məhkəməsi Azərbaycan əsilli milyarder Fərhad Əhmədov barədə qərar verib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, qərara əsasən, Əhmədov boşandığı həyat yoldaşı Tatyana Əhmədovaya 453,5 milyon funt-sterlinq, yəni 643 milyon dollar təzminat ödəməlidir. Bu məbləğ, milyarderin 2016-cı ilin sonunda göstərilən sərvətinin 41%-i edir. 

Qeyd edək ki, bu tip qərarlar çıxarmaqla məşhur olan London məhkəməsi əsasən sərvətin bərabər şəkildə bölünməsini müəyyənləşdirir.

Gülşən