Azərbaycanlı modelyer Türkiyədə aldadıldı: 100 min ziyandadır
Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı modelyer Aygün Ağaməli Türkiyədə həmkarı tərəfindən aldadılıb.
Qaynarinfo xəbər verir ki, o, bu barədə Türkiyənin "Show TV" kanalına açıqlama verib. Modelyer bildirib ki, bu il təşkil edəcəyi qış dəfiləsində türk imzasının da olmasını istəyib, lakin türkiyəli həmkarı onun ümidlərini boşa çıxarıb. Belə ki, Nişantaşında çalışan modelyerlərdən biri ilə razılaşan A.Ağaməli çəkdiyi dizaynlara əsasən 16 min dollarlıq 20 ədəd geyim sifariş edib. Lakin dərzi geyimləri 1 aya göndərəcəyini desə də, aradan 3 ay keçməsinə baxmayaraq hələ də verdiyi sözü yerinə yetirməyib.
"Mənə hazırda dəyən ziyan azı 100 min lirədir. Məncə bu, fırıldaqçılıqdır. O, "Yeni il"ə qədər mənim geyimlərimi verməli idi. Zəng vuranda, "Mən məşğulam, Aygün xanım" deyir. Mən sənə söhbət etmək üçün zəng vurmuram ki, işimi soruşuram", - deyə azərbaycanlı dizayner bildirib.
A.Ağaməli əlavə edib ki, libaslar vaxtında göndərilsəydi, əl işlərini Moskvada, Dubayda və Monakoda sərgiləyəcəkdi.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər