Maqazin 14:00 09.03.2019

Azərbaycanlı müğənni Orhan Ölmezlə sevgilidir

Türkiyədə yaşıyan azərbaycalı müğənni Günel Zeynalova ilə Orhan Ölmezin eşq yaşadığı xəbəri yenidən gündəmə gəlib. 

Axşam.az-ın məlumatına görə, bu haqda "guncelmagazin" səhifəsi yazıb. 

Paylaşımda "Orhan Ölmez və Azəri Günel eşq yaşamağa başladı. Günelin Orhana "əfəndim" deyərək müraciət etdiyi öyrənildi" sözləri qeyd olunub.

Qeyd edək ki, bir müddət əvvəl də ifaçıların sevgili olması haqda xəbər yayılmışdı. Günel daha sonra yayılan məlumatların yalan olduğunu bildirmişdi. 

Bu günlərdə Günel və Orhan Röya AyxanTunar Rəhmanoğlunun "Həsrət nəğməsi"ni duet şəklində oxuyublar.