Maqazin 17:54 23.03.2015

Azərbaycanlı müğənnini iki həmkarını məhkəməyə verdi - VİDEO

Əməkdar artist Elza Seyidcahan iki müğənnini məhkəməyə verib. Axşam.az-ın məlumatına görə, ifaçı bu haqda "Onlar"da deyib: 
 
"İki müğənni var: birini polisə şikayət etmişəm, digərini məhkəməyə vermişəm. Biri qızdır, digəri oğlan. Onlara sənətçi belə deməzdim. Müğənni olmaq istəyirlər. Mənim ünvanıma təhqiramiz sözlər yazıblar. Belə insanlar ailə tərbiyəsi görməyiblər. Mənim uşaqlarım özündən böyük birini təhqir etsə, onları övladlıqdan çıxardaram. Həmin insanların adlarını çəksəm, onlar üçün şərəf olar. Belələri Elza Seyidcahanın, əməkdar və xalq artistlərinin adını çəkəndə "Bismillahir" deməlidirlər".
 
E.Seyidcahan tac taxmağı xalq artisti İlhamə Quliyevadan öyrəndiyini bildirib: "Azərbaycan xanımları taca layiqdir. Bu aləmdə taclı sənətkarlarımız hər zaman olub. Əvvəl rəqqasələrdə, gəlinlərdə görürdük. İlhamə Quliyeva bunu sənətə gətirdi. Başqaları kimdənsə nəsə götürəndə danırlar. Mənsə bunu etiraf edirəm. Mən "Şahzadə Elza Seyidcahanam". İlhamə xanımla küsülü deyilik. Məndən yaşca böyüklərdən küsməyə ixtiyarım yoxdur".


Qaynar.info