Müğənni Zenfira İbrahimovanın bu yaxınlarda həbs edilmiş əri Anar Heydərov sabah azadlığa buraxılacaq.
"Qaynarinfo" oxu.az-a istinadən xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə məlumat yayıb.
“Son bir gün qaldı, inşallah. Çox darıxmışam. Həqiqətən, sənsiz həyatın mənası yoxdur mənim üçün”, - deyə ifaçı yazıb.
Xatırladaq ki, Anar Heydərov iyunun 25-də öz motosikleti ilə Zaqulba prospektindən üzü Bilgəh istiqamətində hərəkətdə olan zaman avtoxuliqanlıq edib. Məhkəmə qərarı ilə Anar Heydərovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Özü isə 20 gün inzibati həbs cəzası ilə saxlanılıb.
Qaynarinfo.Az
Şərhlər