Foto 09:43 15.01.2019

Azərbaycanlı müğənninin toyu oldu (FOTO/VİDEO)

Azərbaycanlı gənc müğənni, "Qaya” Dövlət ansamblının solisti Boris Bayramov subaylığın daşını atıb.

Boris sevib-seçdiyi Günel adlı xanımla ailə həyatı qurub. 

Paytaxtın məşhur məkanlarından birində baş tutan gecədə müğənninin dostları, qohumları və sənət yoldaşları iştirak ediblər.

Qeyd edək ki, B. Bayramov tamaşaçılara "Aromatik", "Bir daha" və s. mahnıları ilə tanışdır.  (baku.ws)