Azərbaycanlı Nyu-Yorkda üç günə ağlasığmaz məbləğdə pul qazandı
Amerikada yaşayan Stefano Suaros adlı azərbaycanlı model Rəcəb Rəcəbov müxtəlif moda layihələrində təkcə geyimləri nümayiş etdirməyib, həm də mahnı oxuyub
Amerikada yaşayan Stefano Suaros adlı azərbaycanlı model Rəcəb Rəcəbov müxtəlif moda layihələrində 3 günlük iştirakdan sonra 20 min dollar qazanıb.
Suaros özü Sputnik Azərbaycan-a bildirib ki, Nyu-Yorkdakı "Crowne" plaza hotelində keçirilən moda həftəsini açmaq onun üçün böyük şərəf olub. Moda həftəsinin birinci günü o, malayziyalı dizaynerin "Kral və kraliça" adlı kolleksiyasını nümayiş etdirib. Rəcəbovun sözlərinə görə, o, kral kostyumları hazırlanarkən qızılı saplardan istifadə olunduğundan, əvvəllər bu kostyumları geyinməkdən xoşu gəlmirdi.
"Mən Moda həftəsində təkcə model kimi deyil, həm də ifaçı kimi iştirak edirdim. Bildiyiniz kimi, mən artıq bir çox layihələrdə öz mahnılarımla çıxış etmişəm. Mən "Style fashion week" tədbirində yeni "You Are The Reason" mahnımı oxudum" — deyə Suaros bildirib.
Buna qədər isə model Fransanın Kann şəhərində keçirilən "Global Short Film Awards"ın təqdimat mərasimində məşhur dizayner Andres Aqunonun kolleksiyasını təqdim edib.
Nümayişlərdə iştirak etdiyi üç gün ərzində Suaros 20 min dollar qazanıb. O, qısa müddətdə belə bir uğura imza atdığı üçün xoşbəxtdir.
Stefano Suaros artıq uzun müdətdir ki, ABŞ-da yaşayır və model karyerası ilə məşğul olur. O, dünyanın məşhur dizaynerlərinin dəvəti əsasında bütün moda nümayişlərində istirak edir. Bu günlərdə isə "Style Fashion Week 2017" nümayişinin əsas modeli olub.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər