Xəbər lenti

Azərbaycanlı qadın “YouTube”un ofisinə hücum etdi, 8 nəfəri yaraladı, öldürüldü (FOTO/VİDEO)
Foto 11:03 04.04.2018

Azərbaycanlı qadın “YouTube”un ofisinə hücum etdi, 8 nəfəri yaraladı, öldürüldü (FOTO/VİDEO)

"YouTube” videoportalının mənzil-qərargahında atışma olub. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkələrdə şirkətin əməkdaşları bildirib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, şirkətin əməkdaşları binadan təxliyə olunub. Olay yerinə xüsusi təyinatlılar cəlb edilib. Şirkət işçiləri 20-dək atəş səsi eşitdiklərini vurğulayırlar. Bəzi mənbələr 8, bəziləri isə 5 nəfərin yaralandığını bildirib.

Xüsusi təyinatlıların keçirdiyi əməliyyat nəticəsində bunada atışma törədən qadın öldürülüb.  

Artıq həmin qadının kimliyi bəlli olub. Oxu.az-ın məlumatına görə, Nasim Aghdam adlı qadın Cənubi Azərbaycanlıdır. 39 yaşlı Ağdam bir neçə il öncə "Facebook” da "Dəmir Tuman Turanə” adlı hesab açaraq, insanları lağa qoyurmuş. İstifadəçilərə yazdığı rəylərdən və mesajlardan onun psixi problemləri olması istisna edilmir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->