Qazaxıstan hüquq-mühafizə orqanlarının əməkdaşları Gürcüstan və Azərbaycanda cinayət fəaliyyəti ilə məşğul olan şəxsi saxlayıb.
Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı "Tengrinews.kz” Qazaxıstan daxili işlər nazirinin rəsmi nümayəndəsi Almas Sadubayevə istinadla məlumat yayıb.
Polisin məlumatına görə, saxlanılan şəxs Azərbaycan vətəndaşıdır.
O, Şuçinskidə qaldığı hoteldə ələ keçib. Saxlanılan şəxs özünü "qanuni oğru” kimi təqdim edib.
"Onun üzərindən tapança, döyüş qumbarası və narkotik aşkar edilib. O, Qazaxıstana Tbilisidən gəlib. Həmin şəxs qohumları Azərbaycan və Gürcüstanda yaşayan Qazaxıstandakı Azərbaycan diasporunda olan iş adamlarına qarşı dələduzluq etməyi planlaşdırıb”, - Sadubayev deyib.
Saxlanılan şəxs müvəqqəti saxlama təcridxanasına göndərilib, istintaq aparılır.
Şərhlər