Sənət 10:36 17.08.2014

Azərbaycanlı qəhrəman haqqında film

“Addım” GİM İctimai Birliyi “Müasir təbliğat” filmlər layihəsi çərçivəsində keçmiş 741 saylı hərbi birləşmənin komandiri Məhərrəm Seyidovun qəhrəmanlıqla dolu həyat və döyüş yolundan bəhs edən “Amasiyadan olan unudulmuş qəhrəman” adlı sənədli film hazırlayıb.
Fonddan Qaynar.info-ya verilən məlumata görə, film iyirmi il sonra təsadüf nəticəsində üzə çıxan videokadrlar əsasında çəkilib.
Filmin rejissoru Elşən Rüstəmov, prodüseri isə Kamil Həmidovdur.
Əsas məqsəd erməni işğalçılarına qarşı mübarizədə şəhid olmuş Məhərrəm Seyidovun qəhrəmanlıqlarını, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir.
Film Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə ərsəyə gəlib.


Qaynar.info