Dünya 10:31 14.11.2018

Azərbaycanlı tələbə Minskdə qız üstündə qətl törətdi

 
Minskdə qətldə şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 12-də baş verən hadisə zamanı Belarus Dövlət Aviasiya Akademiyasının ikinci kurs tələbəsi 1999 təvəllüdlü Rüstəm Rəhimov 21 yaşlı Aleksey adlı Minsk sakininə bıçaq zərbələri endirərək qətlə yetirib. Hər iki şəxs arasında qız üstündə dava düşüb. Rəhimov qız dostu ilə mübahisə edən zaman Aleksey kənardan müdaxilə edib. Bunu təhqir hesab edən tələbə Minsk sakinini görüşə çağıraraq öldürüb.

Gülşən