Xəbər lenti

Azərbaycanlı tenor dünya şöhrətli müğənni ilə evlənir - FOTOLAR
Sənət 20:15 22.11.2014

Azərbaycanlı tenor dünya şöhrətli müğənni ilə evlənir - FOTOLAR

Dünya şöhrətli opera müğənnisi Anna Netrebko ilə nişanlı olan azərbaycanlı tenor Yusif Eyvazovun toy tarixi təyin olunub. “Qafqazinfo” 7days.ru-ya istinadən xəbər verir ki, bu barədə cütlük özü açıqlama verib. 

Onların qonaq olduqları “Россия Культура” proqramında verdikləri məlumata görə, toy mərasimi 2015-ci ilin yayında, Sankt-Petetburqda təşkil olunacaq.

37 yaşlı bakılı Yusif Eyvazov Bakı Musiqi Akademiyasının məzunudur. Anna ilə Yusifin sevgi əhvalatı bu ilin fevral ayında Romada başlayıb. 43 yaşlı Netrebkonun birinci evliliyindən bir oğlu var.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->