Azərbaycanlı Ukraynada Baş prokurorun müavini vəzifəsinə təyin olunub.
Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, Baş Prokuror Ruslan Ryaboşapka imzaladığı sərəncamla Krım Muxtar Respublikasının prokuroru işləyən Gündüz Məmmədov Baş prokurorun müavini vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Gündüz Məmmədov 1974-cü ildə Gəncədə anadan olub. 1996-cı ildə Odessada İ.İ Meçnikov adına Dövlət Universitetini bitirib.
Daha sonra müxtəlif vəzifələrdə çalışan G.Məmmədov 2016-cı ilin avqustundan Krım Muxtar Respublikasının prokuroru vəzifəsində işləyirdi.
Şərhlər