Xəbər lenti

Azərbaycanlı vəkil azadlığa buraxıldı
Dünya 11:48 20.08.2013

Azərbaycanlı vəkil azadlığa buraxıldı

İranda tanınmış azərbaycanlı vəkil azadlığa buraxılıb. 

APA-nın HRAZ-a istinadən verdiyi məlumata görə, Cavid Hutənkian avqustun 19-da Təbriz şəhərinin mərkəzi həbsxanasından sərbəst buraxılıb.
 
C. Hutənkian zinada günahlandırılaraq daşqalaq olunmaqla edama məhkum edilmiş azərbaycanlı Səkinə Məhəmmədi Aştianinin vəkili olub. O, 2010-cu il oktyabrın 10-da S. Aştianinin oğlu Səccad Qadirzadə və onlardan müsahibə almaq istəyən iki alman jurnalistlə birlikdə İranın İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən ofisində həbs olunub. Əvvəlcə ETTELAAT-ın təcridxanasında saxlanılan vəkilin sonradan Tehranın Evin həbsxanasına köçürülərək işgəncələrə məruz qaldığı bildirilir.
 
C. Hutənkian 6 il azadlıqdan məhrum edilib. Təbriz İnqilab Məhkəməsi ona 1 il, Təbriz Ümumi Məhkəməsi isə 5 il həbs cəzası verib. Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi hər iki qərarı qüvvədə saxlayıb. 

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->