Maqazin 15:05 13.07.2020

Azərbaycanlı xanım müğənni karantində evləndi: "Artıq ər-arvadıq"

Müğənni Sevda Yahyayeva ərə gedib. 

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, sənətçi həkim nişanlısı Zakir Bayramovla rəsmi nikaha girib. Bu haqda o, "Zaurla Günaydın" proqramında deyib:

"Fikirləşdik ki, nikah öncədən olmalıdır. Sənədlərimizi verdik və rəsmən ər-arvadıq. Karantindən sonra toy da olacaq. Fikirləşirdim ki, 400-500 adam olsun. O tərəf də 250 qonaq çağırmağı düşünür. İndi düşünürəm ki, şərt 750 adam çağırmaq deyil".