Xəbər lenti

Azərbaycanlılar ən çox hansı kreditdən istifadə edirlər?
Ekonomiks09:29 27.10.2025

Azərbaycanlılar ən çox hansı kreditdən istifadə edirlər?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Statistikaya görə, illik müqayisədə iqtisadiyyata qısamüddətli kredit qoyuluşu 607,1 milyon, uzunmüddətli kredit qoyuluşu isə 2 milyard 208,1 milyon manat artıb. Bu onu deməyə əsas verir ki, Azərbaycan əhalisi uzunmüddətli kreditə daha çox üstünlük verir. 
Valyuta.az xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında iqtisadiyyata qısamüddətli kredit qoyuluşu 4 milyard 953 milyon manat təşkil edib. 
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 607,1 milyon manat və ya 13,96% artım deməkdir. 
Belə ki, ötən ilin eyni dövründə iqtisadiyyata qısamüddətli kredit qoyuluşu 4 milyard 345,9 min manat olub. 
İqtisadiyyata uzunmüddətli kredit qoyuluşu isə cari ilin ilk 9 ayında 25 milyard 511,6 milyon manat təşkil edib. 
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 208,1 milyon manat və ya 9,47% artım deməkdir. 
2024-cü ilin ilk 9 ayında iqtisadiyyata uzunmüddətli kredit qoyuluşu 23 milyard 303,5 milyon manat olub.