Ölkə 09:55 20.08.2018

Azərbaycanlıları təhqir edən veriliş heyəti efirə qayıdır

Azərbaycan türklərini təhqir edən "Fitilə əmiləri” adlı qrup yenidən İran televiziyasına qayıdır.

Qaynarinfo kult.az-a istinadən xəbər verir ki, "Əkizlər kollektivi” adı ilə televiziyaya qayıdan qrup İran Səhiyyə Nazirliyinin yardımı ilə uşaqlar haqda proqramla çıxış edəcək.

Qeyd edək ki, 2015-ci il noyabrın 6-da İran televiziyasında yayımlanan "Fitilə” televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən bir türk uşağının təsvir edilməsi Güney Azərbaycanın əksər şəhərlərində etirazlara səbəb olmuşdu.