Azərbaycanın telekommunikasiya bazarında lider mobil operator olan Azercell abunəçilərini Novruz bayramı ərəfəsində sevindirməyə davam edir.
Şirkət bayramlarda ölkə xaricinə sayahət edən abunəçilərini də ututmayıb.
Azercell rominq internet paketlərinin çalışdığı ölkələr siyahısını növbəti dəfə genişləndirərək, siyahıya BƏƏ və Çin ölkələrini də əlavə edib. Belə ki, artıq Azercell abunəçiləri 52 ölkədə 70-dən çox operatorun şəbəkəsində Rominq İnternet Paketlərindən istifadə etmə imkanına malikdirlər və siyahı daim yenilənir.
Qeyd edək ki, Azercell istifadəçilərinə rominqdə internet xidmətlərindən faydalanmaq üçün 2 paket təqdim edir: 19.90 AZN ödəməklə 1GB həcmində internet paketi və yaxud 9.90 AZN ödəməklə 400MB həcmində internet paketi.
Xatirladaq ki, hazırda Türkiyə, Gürcüstan, ABŞ, Qətər, Belarus, Finlandiya, Özbəkistan, Yeni Zelandiya, BƏƏ və Çin kimi populyar istiqamətlərdə Azercell abunəçiləri prioritet operatoru seçmək zərurəti olmadan istənilən operatorun şəbəkəsində internet xidmətindən istifadə edə bilərlər, çünki rominq internet paketləri həmin ölkələrdə bütün şəbəkər üçün etibarlıdır.
Azercell-in Novruz bayramında təklif etdiyi fürsətləri qaçırmayın! Bu bayram əzizləriniz və sevdikləriniz ilə bol-bol ünsiyyətdə olun!
Şərhlər