Olimpiada qalibləri Azərcell tərəfindən mükafatlandırılacaq
18 may tarixində Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” keçirilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə baş tutan olimpiadada ümumilikdə respublikanın 13 ali təhsil müəssisəsindən 48 komanda iştirak edib.
Bilik yarışmasında ilk 4 yerə layiq görülən komandalara “Azərcell Telekom” MMC tərəfindən dəyərli hədiyyələr təqdim olunub.
Sosial yönlü layihələrə milyonlarla vəsait xərcləyən “Azercell Telekom” MMC tələbələrlə əlaqəli təşəbbüslərə də xüsusi diqqət ayırır. Artıq neçə illərdir mövcud olan Tələbə Təqaüdü proqramı çərçivəsində 100-ə yaxın gənc təhsil illərində dəstək alıb. 3 ildir Barama İnnovasiya Mərkəzi ilə birlikdə İKT sahəsində müxtəlif layihələr icra olunub, yeni təşəbbüslər ortaya qoyulub.
Ötən il ölkədə sosial layihələrin həyata keçirilməsi üçün “Azərcell Telekom” MMC 1.6 milyon manat, 16 il ərzində isə təqribən 13.2 milyon manat həcmində vəsait sərf edilib. İKT ili elan edilən 2013-cü ildə Azərcell bu kimi sosial yönümlü layihələrə daha çox diqqət verəcək.
Qaynar.info
Şərhlər