Foto 18:00 26.01.2022

"Azəriqaz" rəhbərliyinin sahibkarlarla növbəti görüşü baş tutdu (FOTOLAR)

"Sənaye şəhəri Mingəçevirdə sənaye xəttinin mövcud olmaması sahibkarlıq subyektlərinə ciddi çətinlik yaradır". 

Qaynarinfo xəbər verir ki, bu sözləri Mingəçevir Sahibkarlar Konfederasiyasının sədri Vaqif Həsənov "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyinin "Açıq mikrofon" aksiyası çərçivəsində Mingəçevir sahibkarları ilə keçirilən görüşü zamanı bildirib. 

Aksiyada Birliyin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov tərəfindən istər sahibkarların, istərsə də adi vətəndaşların problemləri dinlənilib və onlara yerindəcə izahatlar verilib. Ümumilikdə 38-ci, sahibkarlarla isə 17-ci dəfə təşkil olunan aksiyaya üz tutan Mingəçevir şəhər sakini, 3-cü qrup əlil Aynaxanım Məmmədova maddi durumunda sıxıntı olduğunu bu səbəbdən də istehlak etdiyi təbii qaza görə yaranan borcu ödəməkdə çətinlik çəkdiyi üçün fərdi yaşayış evinə quraşdırılan əvvəlcədən ödənişli sayğacın sonradan ödənişli sayğacla əvəz olunmasını xahiş edib.

Aksiyada yalnız Mingəçevir şəhərindən deyil, ətraf rayonlardan da vətəndaşlar iştirak ediblər. Yevlax rayonunun Tanrıqulular kənd sakini Orxan Məmmədov fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib. Daxil olan bütün müraciətlər aidiyyatı üzrə qeydə alınıb. 

Görüşdə Birliyin digər struktur bölmələrinin rəhbər şəxsləri ilə bərabər Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxsləri də iştirak ediblər. Agentlik əməkdaşı "Azəriqaz" İB ilə birgə sahibkarlara bundan sonra da lazımi dəstəyin veriləcəyini bildirib.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?