Ekonomiks 15:36 22.03.2019

“Azəriqaz” Respublika Olimpiya Mərkəzini məhkəməyə verib

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində ”Azəriqaz” İstehsalat Birliyinin Azərbaycan Respublikası Olimpiya Mərkəzinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi başa çatıb.

Qaynarinfo-nun xəbərinə görə, hakim Etibar Mustafayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, iddia təmin edilib.

Məhkəmə istifadə olunmuş təbii qaza görə yaranmış 12155 manat əsas borc məbləğinin və 30 manat məbləğində dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Olimpiya Mərkəzindən tutularaq "Azəriqaz” İB-nin hesabına ödənilməsinə qərar verib.