Xəbər lenti

“Azərişıq”: AMEA-nın işıqları 23 min manat borca görə kəsilib
Ölkə 16:22 23.01.2018

“Azərişıq”: AMEA-nın işıqları 23 min manat borca görə kəsilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yasamal rayonunda yerləşən əsas binasına elektrik enerjisinin verilişi dayandırılıb.

Qaynarinfo xəbər verir ki, "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Report”un sorğusuna cavab olaraq bildirib ki, buna səbəb qurumun elektrik enerjisinə görə 22 965 manat borcunun olmasıdır.

O qeyd edib ki, Akademiya artıq borcunu tam şəkildə ödəyib və elektrik enerjisi bərpa olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->