"Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının (Azərittifaq) sədri, deputat Eldar Quliyev məni qeyri-qanuni olaraq vəzifəmdən azad edib”.
Qaynarinfo-nun məlumatına görə, bunu Sabirabad rayon Kooperativ Cəmiyyətinin sabiq sədri Qardaşxan Hacıyev vəzifəsinə bərpa olunması üçün müraciət etdiyi Səbail rayon Məhkəməsindəki iclas zamanı deyib.
O, "Azərittifaq”a qarşı işə bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərib ki, 1985-ci ildən Sabirabad rayon Kooperativ Cəmiyyətinin İdarə Heyətinin sədridir:
"Ötən il "Azərittifaq”ın sədrinin sərəncamı ilə yaş həddinin keçməklə əlaqədar tutduğum vəzifəmdən azad edildim. Qeyd olunan əmr əsassız və qanunsuzdur. Sərəncamda Əmək Məcəlləsinə istinad edilməyib. Ötən il "Azərittifaq”a çağrıldım və bildirildi ki, uzun illərdir məzuniyyətə çıxmırsan. Buna görə ötən il Sabirabad rayon Kooperativ Cəmiyyətinin qərarı ilə məzuniyyətə çıxdım. Məzuniyyətdə olarkən eşitdim ki, "Azərittifaq” sədri tərəfindən işdən çıxarılmağımla bağlı sərəncam verilib. Nizamnaməyə görə sədrin vəzifədən azad edilməsi Sabirabad rayon Kooperativ Cəmiyyətinin İdarə Heyətini iclasının qərarı ilə olmalıdır. Çünki sədr təyin olunmur, seçilir. Qanunvericiliyin tələbinə görə əmək mübahisəsi olduğundan Mediasiyaya müraciət etdim. Lakin mübahisə könüllü qaydada həll edilmədi”.
Səbail rayon Məhkəsinin qərarı ilə Qardaşxan Hacıyevin iddiası əsassız hesab edilib və qəbul olunmayıb.
Əhməd
Şərhlər