Xəbər lenti

“Azərsu” ASC-nin stansiya rəisi 3000 manat cərimələndi
Ekonomiks 17:14 04.08.2021

“Azərsu” ASC-nin stansiya rəisi 3000 manat cərimələndi

Azərbaycan Respublikası Baş Prokurorluğu və Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Qaynarinfo-ya daxil olan birgə məlumatda bildirilir ki, iyulun 31-də saat 23:00 radələrində "Azərsu” ASC-yə məxsus Hövsan Aerasiya Stansiyasının ərazisində yanğın baş verib və yanğınla əlaqədar yerində araşdırma aparılıb. Araşdırma zamanı sözügedən ərazidə (200 kv.metr sahədə) 3500 ədədə yaxın istifadəyə yararsız olduğu bildirilən su sayğacının utilizasiya məqsədilə saxlandığı və yanğın nəticəsində onların bir hissəsinin tamamilə yanaraq məhv olduğu, digər hissəsinin isə torpağa basdırıldığı müəyyən olunub.

Həmçinin araşdırma zamanı məlum olub ki, yanğın baş verən ərazidə yaşayan əhalinin səhhətində problemlər yaranmış və bu da haqlı narazılığa səbəb olub.
Aparılan ölçmələr zamanı müəyyən olunub ki, yanma prosesi zamanı ətraf mühitə 2.192 manat məbləğində ziyan dəyib. Faktla əlaqədar inzibati qaydada akt tərtib olunub və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə görə Stansiyanın rəisi Əbil Əbilov vəzifəli şəxs qismində 3.000 manat cərimə olunub.
Digər xüsusatlarla bağlı araşdırma davam etdirilir.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->