“Azərxalça”da yeni təyinat

“Azərxalça”da yeni təyinat

""Azərxalça” ASC-də baş mühafiz vəzifəsinə təyinat olub.

Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Əməkdar Mədəniyyət işçisi Nailə Rəhimova gətirilib.

O, 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) tarix fakultəsini bitirib, 1977-ci ildə Nəriman Nərimanovun xatirə muzeyində elmi işçi vəzifəsi ilə əmək fəaliyyətinə başlayıb, 1981 –ci ildən həmin muzeydə baş mühafiz vəzifəsində çalışıb. 1994-2020 illərdə Azərbaycan Milli İncəsənət muzeyində baş mühafiz vəzifəsini icra edib. Burada çalışdığı illərdə müxtəlif dünya əhəmiyyətli muzeylərdə araşdırmalar aparıb (Tretyakov qalereyası, Ermitaj, Şərq xalqaları muzeyi, Rus muzeyi və s.), bir neçə muzey albomunun və tədris vəsaitinin müəllifidir. 2003 ildən Beynəlxalq muzey komitəsi Azərbaycan bölməsinin və eyni zamanda CAMOC-un (şəhərlərin tarixi muzeyi) üzvü kimi komitəsinin xətti ilə Avstriya (Vyana), Koreya (Seul), Türkiyə (Stambul), Rusiya (Moskva, Sankt-Peterburq) Beynəlxalq elmi konfransların iştirakçısı və məruzəçisi olub. İKOM-un yerli komitəsində "Reqionlar arası əlaqələr” sektoruna rəhbərlik edərək rayon və Bakı muzeylərinə metodiki və praktiki köməklik göstərib. Həmçin 15 il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "sənətşünaslıq” fakultəsində "muzey və arxiv işlərinin əsası” fənnindən, müxtəlif illərdə ixtisası üzrə Mədəniyyət və Turizm Nazirliyi nəzdində mədəniyyət işçilərinin təkminləşdirmə kursunda dərs deyib. 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Muzeylər Şurası (İCOM) tərəfindən Fəxri Fərman ilə təltif olunub. 20 may 2013 -cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüb. Fəaliyyəti dövründə N.Rəhimova bir çox beynəlxalq konfrans və sərgilərin təşkilində yaxından iştirak edib.

X
XƏBƏRLƏR
BLOGLAR