Xəbər lenti

Foto 23:11 21.08.2019

Babək prospektini su basdı (FOTOLAR)

Bakıda Nizami rayonunun Babək prospekti hissəsindən keçən içməli su borusu partlayıb. Əraziyə Azərsu ASC-nin qəza xidmətinin əməkdaşları cəlb olunub.

ASC-dən APA-ya verilən ilkin məlumata görə, həmin ərazidən ayrı-ayrılıqda 3 su borusu keçir. Əlavə edilib ki, yüksək təzyiqlə su axdığından dəqiq olaraq hansı borunun partlamasını dəqiq müəyyənləşdirmək mümkün deyil. Bu, suyun tam kəsilməsindən və aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->