Video 18:47 07.01.2021

Bacısı əməkdar artisti yandırıb öldürmək istəyib (VİDEO)

ARB TV-nin "Onun Sirri” verilişində qonaq olan Əməkdar artist Firuzə İbadova uşaq vaxtı başına gələn bədbəxt hadisədən danışıb:

"Uşaq vaxtı, anam mağazaya getdi. Mən də başladım ağlamağa. Bacım məni sürüyə-sürüyə aparıb həyətdə soyuq su ilə dolu çəlləyə atdı. Mən də ağlaya-ağlaya qəfil səsim kəsildi. Qış ayları idi. Hiss etdim ki, donuram. Bir də eşitdim ki, anam həyətə girdi. Soruşdu ki, Firuzə hanı? Gəlib məni çıxarıb. Elə biliblər ölmüşəm. Sonradan təcili yardım çağırıblar. Özümə gəldim. Bacım bir dəfə də məni yandırıb. Bulkasını yediyim üçün, tavaya basıb yandırdı. Elədiklərinə görə, heç vaxt ona söz deyilmirdi. Bacımı əzizləyirdilər, amma məni yox”.