Dünya 14:05 01.02.2018

Bağdadi yeni İŞİD qurmağa hazırlaşır

İŞİD terror təşkilatının lideri Əbu Bəkir Əl Bağdadinin Afrikada olduğu iddia edilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, o, Afrikada 6 min terrorçu ilə yenidən ayaqlanmağa hazırlaşır. İŞİD-i yenidən qurmağa çalışan Bağdadinin Nigeriya-Əlcəzair sərhəddində və ya Çadın şimalında olması iddia edilib.

Qeyd edək ki, ötən ilin may ayından etibarən Bağdadinin öldürüldüyü dəfələrlə iddia edilib, lakin bu fakt öz təsdiqini tapmayıb.

Gülşən