Dünya 13:08 05.11.2019

Bağdadinin bacısını kim və necə həbs edib?

İŞİD-in öldürüldüyü deyilən lideri Əbubəkr Bağdadinin bacsını Türkiyə həbs edib.

Qaynarinfo xəbər verir ki, bu haqda Türkiyə rəsmisi Fəxrəddin Altun məlumat verib.

O, Türkiyənin dünən axşam saatlarında təşkil etdiyi əməliyyatla terror təşkilatı İŞİD-in lideri Əbubəkr əl Bağdadinin bacısı Rəsmiyə Avadın tutulduğunu təsdiqləyib.

Fəxrəddin Altun Tvitter hesabında bunları bildirib:

"İdeologiyasına və qaynağına baxmadan Türkiyənin terrorla mübarizəsi eyni sürətlə davam edir. Bağdadinin bacısının tutulması terrorla mübarizə əməliyyatlarımızdakı uğurun daha bir nümunəsidir. Xalqımızın gözünü terrorla qorxutmaq və bölgəmizdə sabitliyi pozmaq istəyənlərə qarşı əzmimiz şübhə altına alına bilməz. İŞİD ilə davamlı mübarizəmizə dair ölkəmizə qarşı bir sıra qara kampaniyalar aparılır. Türkiyənin başı terrorun hər növündən çəkib. Bu məsələdə eyni fikirdə olduğumuz tərəfdaşlarımızla qurduğumuz güclü antiterror əməkdaşlığına qətiyyən şübhə edilə bilməz”.

Alpər