Badmintonçumuz Edi Reski Dviçayonun Hindistanın Laknau şəhərində keçirilən "Syed Modi India International 2022" turnirində növbəti rəqibi məlum olub.
Qaynarinfo xəbər verir ki, Edi kişi badmintonçuların şəxsi yarışında 1/8 finalda ilk görüşündə danimarkalı Kim Bruuna 2:0 (21-12,23-21) hesabı ilə qalib gələn Belçika təmsilçisi Julyen Carraggi ilə qarşılaşacaq. Görüş sabah keçiriləcək.
"HSBC BWF WORLD TOUR SUPER 300" seriyalı turnirə yanvarın 23-də yekun vurulacaq.
Səbuhi Həsənov
Şərhlər