Siyasət 11:46 12.06.2013

Bahar Muradova: “Misir Mərdanovun istirahət etmək vaxtıdır”

“Misir Mərdanovun əməyini heç kim inkar edə bilməz. O həm təhsil naziri kimi, həm də Yeni Azərbaycan Partiyasının İdarə Heyətində olan zaman da bütün imkanlara sərf edib. Misir Mərdanov çox yaxşı kadrdır və prezident də bunu dəyərləndirir. O hazırda elmi tədqiqat institutuna rəhbərlik edir və əminik ki, orada da ciddi işlər görəcək”.

Bu açıqlamanı APA-ya YAP İdarə Heyətinin üzvü, Milli Məclisin vitse-spikeri Bahar Muradova verib.

O qeyd edib ki, Misir Mərdanovun YAP İdarə Heyətindən uzaqlaşdırılması onun şəxsi ilə bağlı deyil: “Partiya bu qərara verən zaman kim burada daha yaxşı töhfə verə bilər prinsipinə əsaslandı. Yəni imkanlar baxımından. Misir Mərdanovun , ümumiyyətlə kimlərinsə artıq bir balaca istirahət etmə vaxtıdır. Misir müəllimin və digərlərinin çox əməyi olub. Bütün bunlara görə onlara sağ ol deyib, vəzifələri daha enerjili insanlara həvalə etmək lazımdır”.

Qaynar.info