Xəbər lenti

Ekonomiks 14:05 11.07.2018

"Bakcell”in dəstəyi ilə əlilliyi olan insanlar üçün innovativ 3D protezləri hazırlanacaq (R)

Azəbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi "Bakcell" şirkəti əlilliyi olan insanların reabilitasiya imkanları ilə təmin edilməsinə yönəlmiş növbəti innovativ layihəyə start verir.

İnnovasiyaları tək mobil telekommunikasiya sahəsinə deyil, insanların gündəlik həyatına da qatmaq niyyətində olan "Bakcell" "Reabilitasiya Akademiyası” adlı yeni layihənin icrasına dəstək göstərir.

Layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq XXI əsrin ən innovativ texnologiyaları və xüsusilə 3D printerin köməyi ilə daha rahat reabilitasiya vasitələrinin hazırlanması (protez, ortez və digər köməkçi vasitələr) nəzərdə tutulub. Yeni layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilati dəstəyi ilə "Müstəqil Həyat Tərzi” Əlillərə Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilir.

ƏƏSMN-nin nəzdində fəaliyyət göstərən Protez-Ortopedik Reabilitasiya Mərkəzinin ekspertləri ilə birgə 3D printerin köməyi ilə mövcud baza protezləri təkmilləşdirilərək yeni 3D protezləri və digər köməkçi qurğuların test variantı istehsal ediləcək, eyni zamanda əl və ya ayağı amputasiya olunmuş insanlar üçün mexaniki protezlər hazırlanacaq. Həmçinin, layihə çərçivəsində Uşaq Serebral İflic (USİ) və digər ağır formalı əlilliyi olan uşaqlara köməkçi texniki vasitələrin istehsalı üçün emalatxananın yaradılması nəzərdə tutulub. Burada USİ olan uşaqlara bel və ayaq uçun fiksatorlar düzəldiləcək.

"Müstəqil Həyat Tərzi” Əlillərə Dəstək İB hazırlanmış protezləri sınaqdan keçirəcək və gələcəkdə onlardan daha geniş istifadə olunması ilə bağlı tədbirlər həyata keçirəcək.

Azərbaycan Respublikasında ən genişmiqyaslı Korporativ Sosial Məsuliyyət Proqramlarından birini fəal şəkildə həyata keçirən Bakcell şirkəti, xüsusi qayğıya ehtiyacı olan insanların sosial rifahının yaxşılaşdırılması üçün daim yeni imkanlar axtarır və əlilliyi olan vətəndaşların və xüsusilə də, uşaqların cəmiyyətə uğurlu inteqrasiyasına kömək edə biləcək layihələri və xeyriyyə təşəbbüslərini dəstəkləyir.

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi "Bakcell" şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

6500-dən artıq baza stansiyası ilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

"Bakcell" və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.  

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->