Azərbaycan güləşçiləri Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalını (EYOF) 16 medalla başa vurublar.
Qaynarinfo xəbər verir ki, bunlardan 8-i qızıl, 5-i gümüş, 3-ü bürünc əyarlıdır.
Sonuncu - 3-cü yarış günündə yunan-Roma güləşçilərindən Elmir Əliyev (51 kq) ilə Xasay Həsənli (65 kq) qızıl, qadın güləşçilərdən Elnurə Məmmədova (53 kq) gümüş, Nigar Mirzəzadə (65 kq) bürünc medal əldə edib. Sərbəst güləşçilərdən Kənan Heybətov (51 kq) və Cəbrayıl Hacıyev (65 kq) qızıl medala sahib olub.
Qeyd edək ki, daha öncə yunan-Roma güləşində Fərid Sadıxlı (45 kq), Qurban Qurbаnov (48 kq) və Həsrət Cəfərov (60 kq) qızıl, Nihat Məmmədli (55 kq) isə bürünc medal götürüb. Sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirovla (55 kq) Sabir Cəfərov (60 kq) gümüş, Mircavad Nəbiyev (48 kq) isə bürünc medal qazanıb. Qadın güləşçilərindən Gültəkin Şirinova (46 kq) ilə Mərziyə Sadıqova (61 kq) gümüş medal əldə edib.
17.20
Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünə çıxıb.
Qaynarinfo xəbər verir ki, 53 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə Rusiya təmsilçisi Polina Lukina ilə qarşılaşıb. Rəqibinə məğlub olan Məmmədova gümüş medalla kifayətlənməli olub.
Bu gün yunan-Roma güləşçiləri Elmir Əliyev (51 kq) və Xasay Həsənli (65 kq) qızıl medal əldə edib. Güləşçilərdən digər 2-si final, biri isə bürünc medal görüşünü keçirəcək.
Qeyd edək ki, daha öncə yunan-Roma güləşində Fərid Sadıxlı (45 kq), Qurban Qurbаnov (48 kq) və Həsrət Cəfərov (60 kq) qızıl, Nihat Məmmədli (55 kq) isə bürünc medal götürüb. Sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirovla (55 kq) Sabir Cəfərov (60 kq) gümüş, Mircavad Nəbiyev (48 kq) isə bürünc medal qazanıb. Qadın güləşçilərindən Gültəkin Şirinova (46 kq) ilə Mərziyə Sadıqova (61 kq) gümüş medal əldə edib.
16.30
Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.
Qaynarinfo xəbər verir ki, 51 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici dueldə Ukrayna təmsilçisi Sanya Yakovlevlə üz-üzə gəlib. Qarşılaşmadan təmiz qələbə ilə ayrılan Əliyev (10:0) qızıl medal qazanıb.
Digər yunan-Roma güləşçimiz Xasay Həsənli də final görüşünü keçirib. 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə Almaniya güləşçisi Deni Nakayevlə qarşılaşıb. Rəqibini məğlub edən Həsənli (3:2) qızıl medal əldə edib.
Qeyd edək ki, daha öncə sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirovla (55 kq) Sabir Cəfərov (60 kq) gümüş, Mircavad Nəbiyev (48 kq) isə bürünc medal qazanıb. Yunan-Roma güləşində Fərid Sadıxlı (45 kq), Qurbanov Qurban (48 kq) və Həsrət Cəfərov (60 kq) qızıl, Nihat Məmmədli (55 kq) isə bürünc medal götürüb. Qadın güləşçilərindən Gültəkin Şirinova (46 kq) ilə Mərziyə Sadıqova (61 kq) gümüş medal əldə edib.
Şərhlər