Ekonomiks 17:53 05.04.2019

Bakı-Gəncə sürət qatarında gediş haqqı azaldıldı - İKİ DƏFƏ

Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının biznes yerlərinə gediş haqqı iki dəfə endirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Qurumdan bildirilib ki, aprelin 8-dən gediş haqqı 2 dəfə azaldılaraq 50 manatdan 25 manata endiriləcək. 

Standart və Birinci klass yerlərə isə gediş haqqı dəyişdirilməyib.