“Bakı Kristal Zalı”nın Mətbuat Mərkəzinin təmirinə başlanılır

“Bakı Kristal Zalı”nın Mətbuat Mərkəzinin təmirinə başlanılır

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Kristal Zalı” MMC İdman - Konsert Kompleksi Mətbuat Mərkəzinin korroziyaya uğramış sahəsində 5 200 m2 dam örtüyünün dəyişdirilməsi, binanın perimetri boyu parapetin korroziyaya uğramış metal konstruksiyanın təmiri və rənglənməsi, günəşdən qoruyucu yararsız halda olan metal jaluzlərin bərpası və dəyişdirilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Aypara-İnşaatı” MMC-dir.

Qalib şirkətə 296 781 manat ödəniləcək.

Xatırladaq ki, "Aypara-İnşaat” 2012-ci iildə cəmi 4 manat nizamnamə kapitalı ilə yaradılıb. Bu günə şirkətin vergi borcu 8 954 manatdır.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR