Xəbər lenti

Bakı meri Babəkin heykəlinin ucaldılmasının gecikmə səbəblərini açıqladı
Ölkə 15:05 12.06.2021

Bakı meri Babəkin heykəlinin ucaldılmasının gecikmə səbəblərini açıqladı

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Babəkin heykəlinin postamenti qoyulsa da, heykəlin hələ də ucaldılmamasının səbəbini açıqlayıb.

Eldar Əzizov APA-ya açıqlamasında bildirib ki, Babəkin heykəli ilə bağlı Nizami Rayon İcra hakimiyyəti və SOCAR təşəbbüslə çıxış ediblər.

"Hazırda təklifləri hazırlayırlar. Bir heykəlin hazırlanması üçün Komissiya yaradılır, götür-qoy edilir. Bakıda qoyulan heykəl memarlıq baxımından bir əsər kimi qəbul olunmalıdır. Layihə yaxın zamanda ictimaiyyətə təqdim olunacaq", - deyə E. Əzizov bildirib.

Eldar Əzizov bəstəkar Tofiq Quliyevin heykəlinin harada qoyulacağı ilə bağlı məsələyə də aydınlıq gətirib. Bakı meri bildirib ki, Prezident İlham Əliyevin sərəncamı və tapşırığına əsasən bu istiqamətdə iş gedir.

"Tofiq Quliyevin heykəlinin harada qoyulacağı məsələsinə baxılır. Müxtəlif təkliflər var. Qərar qəbul olunandan sonra ictimaiyyətə məlumat veriləcək", - deyə Eldar Əzizov qeyd edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->