"Bakı Metropoliteni” QSC-nin müxtəlif növ kabellərin alınması üçün iyulun 5-də elan etdiyi açıq tenderin nəticələri açıqlanıb.
Qaynarinfo report-a istinadən xəbər verir ki, tenderin qalibləri "İnterkabel” firması, "Sumqayit Texnologiyalar Parkı” (STP) və "Göknur Bakı LTD” MMC-lər olub.
"İnterkabel” firması ilə 1 103 886 manatlıq, STP ilə 756 733 manatlıq, "Göknur Bakı LTD” ilə isə 1 250 923 manatlıq, ümumilikdə 3 111 542 manatlıq satınalma müqavilələri imzalanıb.
Şərhlər