Əməliyyat zamanı vətəndaşları talayan şəxs saxlanılıbPolis Bakı Metropolitenində əməliyyat keçirib. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyatı Metropolitendə Polis Şöbəsi və Yasamal rayon Polis İdarəsi 29-cu polis bölməsinin əməkdaşları keçirib.
Əməliyyat zamanı Əli Xasanov şübhəli şəxs qismində yaxalanıb. Ondan 0,205 qram heroin aşkar olunaraq götürülüb.
Araşdırmalar zamanı müəyyən olub ki, o, avqustun 1-də 109 saylı xətt avtobusunda Tərlan Soltanova məxsus, içərisində 1170 manat və sənədlər olan, avqustun 23-də isə M.Həsənov küçəsində Lamiə Neymətovanın əl çantasından içərisində 820 manat, eləcə də şəxsi sənədlər olan pul kisəsi oğurlayıb.
Qeyd edək ki, Əli Xasanov əvvəllər də məhkumluq həyatı yaşayıb.
Qaynar.info
Şərhlər