Xəbər lenti

Bakı sakinlərinə bəd xəbər: İstiliyi də sayğacla verəcəklər
Ekonomiks 19:09 12.11.2017

Bakı sakinlərinə bəd xəbər: İstiliyi də sayğacla verəcəklər

Azərbaycanda isti su ödənişləri sayğac göstərişinə əsasən yığıla bilər.
 
"Azəristiliktəchizat ASC" abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyevin Modern.az-a verdiyi məlumata görə, bunun üçün ''Azəristiliktəchizat'' tərəfindən podratçı şirkətlərnən danışıqlar aparılır:

"Kommunal xidmətlərin inkişafına dair strateji yol xəritəsinin monitorinqinin hesabatında da göstərildiyi kimi, sayğaclar ilkin olaraq büdcə təşkilatlarına tətbiq ediləcək. Pilot layihə olaraq büdcə təşkilatlarına ilk sayğacların növbəti ildən quraşdırılmasına başlanılacaq. Növbəti mərhələlərdə isə bütün istifadəçilərin sayğacla təmin edilməsi planlaşdırlır”.

R.Əliyev bildirib ki, sayğac sistemi işə düşdükdən sonra ödənişləri vaxtında etməyən abonentlərin istiliklə təminatı avtomatik dayandırılacaq: "Amma bu sistemin işə düşməsi ən azı 3 il vaxt tələb edir. Bunun üçün Mənzil Müştərək Cəmiyyətləri formalaşdırılmalı və müqavilə əsasında ümumi binaya bir sayğac qoyulmalıdır. Bütün bunlar bir neçə ayın işi deyil”.

Qurum rəsmisi qeyd edib ki, istilik mövsümü respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, Bakı şəhərində noyabrın 15-dən başlayacaq. 

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->