"Formula-1” yarışlarının Azərbaycan üzrə təşkilatçısı Bakı Şəhər Halqası əməliyyat şirkətinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən şəxs müəyyənləşib.
Qaynarinfo-nun Oxu.Az-a istinadən məlumatına görə, bu, əvvəldən bu şirkətin Marketinq və Kommunikasiya Departamentində çalışan Turab Teymurovdur.
Qeyd edək ki, əvvəl Bakı Şəhər Halqasının mətbuat xidmətinin rəhbəri Ayan Ağalar (Nəcəf) idi. O da bu ay yaydığı açıqlama ilə qurumdan ayrıldığını bildirib.
Xatırladaq ki, Ayan Ağalar bu vəzifəyə mayda təyin olunmuşdu.
Şərhlər