Bakı, Sumqayıt, Gəncəyə ermənilərin qaytarılması məsələsi qaldırılsa... (ŞƏRH/VİDEO)

Bakı, Sumqayıt, Gəncəyə ermənilərin qaytarılması məsələsi qaldırılsa... (ŞƏRH/VİDEO)

"Zəngəzur məsələsinin gündəmdə olması ərazi iddiası, aqressivlik deyil, siyasi təzyiq vasitəsidir”.

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib. O, Azərbaycanın qonşu dövlətlərlə sülh şəraitində yaşamasının tərəfdarı olduğunu deyib:

"İqtisadi və insani münasibətlərin yaranmasında, kommunikasiya xəttlərinin açılmasında, logistik əlaqələrinin bərpasında maraqlıyıq. Biz Ermənistanla dinc qonşuluq etməyə hazırıq, amma rəsmi İrəvən buna hazırdımı? Sabah status məsələsini tək rəsmi İrəvan yox, Moskva, Paris, Vaşinqton qaldırsa nə olacaq? Minsk Qrupu yerində qalıb, rəsmi Moskvanın regionda tək söz sahibi olması istəyinin qarşısını həm də Minsk Qrupu formatı ala bilər. Biz işimizi doğru qursaq, Moskva ilə Qərb arasında olan münaqişə və fikir ayrılığından gözəl istifadə edə bilərik. Rusiyanın bu məsələdə tək söz sahibi olması tək bizi yox, elə Qərbi də narahat edir. Sabah Rusiya qoşununun ərazimuzdən çıxarılması məsələsində məhz Paris və Vaşinqton bizə kömək ola bilər. Amma Minsk Qrupunun təhlükəli yanları da var - Status məsələsi. Biz özümüzü aldatmayaq, bu məsələ masaya gətiriləcək, müəyyən təzyiqlər olacaq. Bu təzyiqlərin amortizasiyası üçün iki vacib yol var: daxildə çoxsəsli parlament (həm də güclü vətəndaş cəmiyyəti) və paralel olaraq Zəngəzura qaçqınların qayıtması, buna zəmanət məsələsi - başqa yol görmürəm”.

Ekspert hesab edir ki, siyasi doğru ritorika ilə hər dəfə "Zəngəzur" deyəndə Ermənistanın status məsələsində israrından vaz keçməsi şansı artır:
"Bəli, biz Ermənistana ərazi iddiası etmirik, amma Qərbi Azərbaycandan olan soydaşlarımızın öz ata-baba yurduna qayıtması üçün mütləq son sülh müqaviləsində hüquqi baza yaradılmalıdır. Əgər əvəzində Ermənistan Bakı, Sumqayıt, Gəncəyə erməni əsilli azərbaycanlıların qaytarılması məsələsini qaldırsa, buna da razılıq verməliyik. Çünki demokrafik üstünlük bizdədi. Yaxın 25-30 ildə reginda demokrafik üstünlük tam bizdə olacaq. İqtisadi, insanı münasibətlərin bərpasından da sonda udan biz olacağıq. Daha soyuqqanlı olmağı və strateji düşünməyi öyrənməliyik”.

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR