Ekonomiks 12:34 29.07.2014

Bakı-Sumqayıt yoluna çarə - FOTOLAR

Masazır gölü ətrafında yeni yolun inşasına və körpü tikintisinə başlanıb.
 
Körpü tikintisi ilə bağlı işlərin müəyyən qismi görülüb.
 
"Azəryolservis" ASC-dən verilən məlumata görə, Masazır gölünün yaxınlığında, Biləcəri-Novxanı-Sumqayıt yolunun 29,5-ci kilometrində yol qovşağı inşa olunur. Qovşağın uzunluğu 48 metr, eni - 33 metr olacaq. Yaxın vaxtlarda monolit atmaların montajına başlanacaq.
 
Körpüyə 4-zolaqlı yol çəkiləcək (day.az).

Qaynar.info