Xəbər lenti

Bakı-Sumqayıt yolunun bağlanmasına səbəb olan qəzanın görüntüləri (VİDEO)
Video 09:40 19.11.2025

Bakı-Sumqayıt yolunun bağlanmasına səbəb olan qəzanın görüntüləri (VİDEO)

Bu gün səhər saatlarında Nəsimi rayonu, Moskva prospektində baş verən qəzanın görüntüləri yayılıb.

Qaynarinfo xəbər verir ki, videonu Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.

Bildirilib ki, hadisə nəticəsində yaranan potensial yanğın və partlayış risklərinin qarşısının alınması məqsədilə ərazi polis və digər aidiyyəti qurumlar tərəfindən dərhal nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri görülüb.

"Diqqətə çatdırırıq ki, yük avtomobillərinin sürücüləri xüsusilə təhlükəli yüklərin daşınması zamanı sürət rejiminə ciddi riayət etməli, uzun məsafələrdə istirahət fasilələrinə əməl etməlidir. Sürücülər nəzərə almalıdır ki, bir anlıq ehtiyatsızlıq həm özünü, həm digər hərəkət iştirakçılarını, həm də ətraf mühit üçün ciddi təhlükə yarada bilər", - qurumun məlumatında qeyd edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->