Ölkə 17:27 17.07.2019

Bakı və Abşeronun bir hissəsi susuz qalacaq

Magistral su kəməri üzərindəki tənzimləyici siyirtmədə yaranmış nasazlığın aradan qaldırlması ilə əlaqədar Abşeron rayonunun Xırdalan şəhərinə və Masazır qəsəbəsinə, həmçinin Bakının Binəqədi rayonunun Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsində gecə saatlarına qədər məhdudiyyətlər olacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir. 

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.