Ölkə 11:53 29.11.2021

Bakıda 15 yaşlı idmançı öldü (FOTO)

Bakı şəhəri, Binəqədi rayonunda yeniyetmə Rəhman Yekəyev dünyasını dəyişib.

Qaynarinfo-nun Oxu.Az-ın istinadən məlumatına görə, qan azlığı xəstəliyindən əziyyət çəkən 15 yaşlı R.Yekəyev yaşadığı evdə vəfat edib.
 
Rəhman Yekəyev karateçi olub. O, 2017-ci ildə keçirilən beynəlxalq şotokan karate-do üzrə filialın II açıq çempionatında kumite üzrə qızıl medal qazanıb.

Qeyd edək ki, Rəhman Yekəyev Binəqədi rayonunda yerləşən Qorxmaz Baxşıyev adına 179 saylı orta məktəbin şagirdi olub. O, orta məktəbdə 9-cu sinfə qədər təhsil alıb.